Tramp: “Sevimli sözüm tarifdir”
Dünya
ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada çıxışı zamanı ən çox sevdiyi sözün “tarif” olduğunu bildirib.
News24.az xəbər verir ki, Tramp tətbiq edilən tariflərin xüsusilə polad sənayesini gücləndirdiyini və ölkənin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, tariflər olmasaydı, ABŞ-də polad zavodları fəaliyyətini dayandırardı. Prezident aprelin 2-də 185 ölkədən idxal olunan məhsullara 10–49 faiz arasında tariflər tətbiq edildiyini açıqlayıb. Universal 10 faizlik tarif aprelin 5-dən, ölkələr üzrə diferensial tariflər isə aprelin 9-dan qüvvəyə minib.