Tramp Si ilə razılaşdı
Dünya
ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin süni intellektin (AI) irimiqyaslı hərbi əməliyyatların keçirilməsi ilə bağlı qərarları müstəqil şəkildə qəbul etməsinin yolverilməz olduğu barədə razılığa gəliblər.
News24.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, Prezident Tramp və Sədr Sinin süni intellektlə bağlı istənilən hərbi qərarların qəbulunda insanın hər zaman iştirak etməli olduğu və AI-ın irimiqyaslı hərbi əməliyyatları müstəqil şəkildə həyata keçirməsinə icazə verilməməsi barədə razılığa gəlmələri çox vacibdir", - Bessent deyib.
Onun sözlərinə görə, ABŞ və Çin liderləri nüvə silahının yayılmasının qarşısının alınması tədbirlərini də ətraflı müzakirə ediblər.
Bundan əlavə, danışıqlar zamanı tərəflər ticarət siyasəti və süni intellekt texnologiyalarının inkişafı məsələlərinə toxunublar.