Tramp bu iki ölkə liderləri ilə razılığa gəldi – atəşkəs olacaq
Dünya
Tailand və Kamboca cümə günündən etibarən qarşılıqlı hücumları dayandırmağa razılıq verib.
News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
O bildirib ki, hər iki ölkə lideri ilə danışıq aparıb və nəticədə razılıq əldə olunub.
“Hər iki ölkə sülh və ABŞ ilə davamlı ticarətə hazırdır”, – deyə Tramp “Truth Social”da qeyd edib.