Tramp Ukraynanın təslim olmasını istəyir - ŞOK İDDİA
Dünya
İddialara görə, ABŞ prezidenti Donald Tramp Ukraynanın sadəcə olaraq təslim olmasını istəyir, Avropa isə münaqişəni həll etməyə çalışır.
News24.az xəbər verir ki, bu fikir İspaniyanın “El Pais” qəzetində dərc olunan redaksiya məqaləsində yer alıb.
Qəzetin iddiasına görə, “Kiyevdə, BMT-də, Ağ Evdə Qərb demokratiyalarının səsi birləşməlidir”. “Avropa Ukraynada sülh istəyir, Tramp Ukraynanın təslim olmasını istəyir”.
Nəşr hesab edir ki, Qərb liderlərinin fevralın 24-də Kiyevdə keçirilən görüşü Trampın Ağ Evə qayıtmasından sonra Ukrayna və ABŞ-ı dəstəkləyən ölkələr arasında çatların olduğunu nümayiş etdirib. Sammit Ukrayna hakimiyyətinə daha çox yardım və dəstək vəd edən təxminən yekdil mesaj göndərib, lakin ABŞ hökumətinin yüksək səviyyəli rəsmiləri görüşdə iştirak etməyiblər.
Nəşrin yazdığına görə, bu, Ukraynaya hərbi yardımı şübhə altına alan, həm də Kiyevdən pul tələb edən ABŞ-ın yeni administrasiyasının diametral şəkildə əks yanaşmasıdır. Qəzet iddia edir ki, məhz Vaşinqton mövqeyini kökündən dəyişərək, birdən-birə Ukraynanı tərk edərək, müttəfiqləri ilə inamsızlıq divarı ucaldıb.
Aynurə