"Tramp vaxtının sürətlə tükəndiyini anlayır"

"Tramp vaxtının sürətlə tükəndiyini anlayır" Dünya

ABŞ prezidenti Donald Tramp vaxtının sürətlə tükəndiyini anlayaraq adını tarixə yazmağa tələsir.

News24.az xəbər verir ki, bu sözləri Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

O, “Telegram” kanalında Davosda keçirilən “Dünya İqtisadi Forumu”nu şərh edərək bildirib ki, forumun mövzusu “donmuş Qrenlandiya” olacaq.

“Tramp, əlbəttə ki, tələsir. Çünki onun vaxtı amansızcasına azalır. Artıq adını tarix lövhələrinə qızıl hərflərlə yazmağın vaxtıdır”, – deyə Medvedev yazıb.

O əlavə edib ki, Tramp eyni zamanda ABŞ-ni ərazi baxımından dünyada ikinci ən böyük dövlətə çevirməyə çalışır.