Tramp vergi yoxlamalarına qarşı ömürlük toxunulmazlıq əldə etdi

Tramp vergi yoxlamalarına qarşı ömürlük toxunulmazlıq əldə etdi Dünya

ABŞ Ədliyyə Nazirliyi prezident Donald Tramp, onun ailəsi və biznes strukturları ilə bağlı vergi yoxlamaları və araşdırmalarını daimi olaraq dayandırıb.

News24.az yerli KİV-lərə istinadən xəbər verir ki, qərar Tramp ilə ABŞ Daxili Gəlirlər Xidməti arasında əldə olunan razılaşmanın nəticəsidir.

Dərc olunan sənədlərə əsasən, Tramp ABŞ Daxili Gəlirlər Xidmətinə qarşı qaldırdığı 10 milyard dollarlıq iddianı geri götürüb.

Razılaşmaya əsasən, ABŞ-nın baş prokuror səlahiyyətlərini icra edən Todd Blanş tərəfindən imzalanmış sənədə görə, hökumət Tramp, ailə üzvləri, ona bağlı biznes qurumları və etibarlı nümayəndələrə qarşı vergi yoxlamaları, audit və məhkəmə iddiaları aparmaq hüququndan birdəfəlik imtina edir.

Sənəddə qeyd olunub ki, ABŞ hökuməti bütün iddialardan vaz keçir və gələcəkdə bu şəxslərə qarşı hər hansı hüquqi addım atmaq hüququnu itirir.

Bununla yanaşı, eyni razılaşma çərçivəsində ABŞ Ədliyyə Nazirliyi keçmiş prezident Co Bayden administrasiyasının səlahiyyətdən sui-istifadəsi nəticəsində hüquqi təqibin qurbanı olduqlarını bildirən şəxslərə kompensasiya ödənilməsi üçün təxminən 1,8 milyard dollarlıq fond yaradıldığını elan edib.