Tramp Xamenei barədə danışdı: "O, indi çox narahat olmalıdır"
Dünya
ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Xameneiyə çağırış edib.
News24.az xəbər verir ki, Trampın sözlərinə görə, indi İranın ali dini lideri ciddi şəkildə narahat olmalıdır.
“Onlar ölkənin başqa bir hissəsində yeni layihəyə başlamağı düşünürdülər. Biz bundan xəbər tutduq. Mən dedim: Əgər bunu etsəniz, sizinlə çox pis davranacağıq”, – deyə ABŞ Prezidenti bildirib.
Bu açıqlamadan sonra İran Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ-la nüvə proqramı üzrə danışıqlar yenə də baş tutacaq və fevralın 6-da Omanda keçiriləcək.
“Bütün zəruri hazırlıqları gördüklərinə görə omanlı qardaşlarımıza minnətdaram”, – deyə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, daha əvvəl “Axios” nəşri Vaşinqtonla Tehran arasında cümə gününə planlaşdırılan nüvə danışıqlarının İranın əldə olunan razılaşmalardan imtina etməsi səbəbindən ləğv edildiyini yazıb.