Tramp Xameneinin ölümündən danışdı: "İnanıram ki…"
Dünya
ABŞ Prezidenti Donald Tramp İranın ali rəhbəri Əli Xameneinin hava zərbələri nəticəsində öldürüldüyü barədə xəbərlərin doğru olduğuna inandığını bildirib.
News24.az xəbər verir ki, Tramp İranın yüksək səviyyəli rəhbərliyinin əksəriyyətinin artıq həyatda olmadığını deyib: “Bütün qərarları verən insanlar — onların çoxu artıq yoxdur".
İranın ali rəhbərinin yerinə kimin keçəcəyi sualına cavab olaraq Tramp deyib: “Bilmirəm, amma nə vaxtsa mənə zəng edib kimləri istədiyimi soruşacaqlar. Bunu deyəndə bir az istehzalı danışıram". /NBC News