Tramp yadplanetlilərlə bağlı sensasion açıqlama verəcək?
Dünya
ABŞ prezidenti Donald Trampın gəlini Lora ABŞ liderinin yadplanetlilərlə əlaqəli səs-küylü açıqlama etməyə hazırlaşdığı ilə bağlı yayılan şayiələri təsdiqləyib.
News24.az xəbər verir ki, bu barədə o, “Pod Force One” podkastında danışıb.
Lora bildirib ki, prezident ictimaiyyətlə müəyyən məlumatı bölüşməyə hazırlaşır. Onun sözlərinə görə, o, real məlumat verməzdən əvvəl bir qədər tərəddüd edib.
Bu isə, Loranın fikrincə, Trampın kifayət qədər çox məlumata sahib olduğunu, lakin uyğun anı gözlədiyini göstərir.
O qeyd edib ki, Trampın bu cür ehtiyatlı davranışı bu məsələdə hələ hər şeyin açıqlanmadığı qənaətini daha da gücləndirib.