Tramp zərbələri təxirə saldı: Yaxın Şərqdə nə baş verir?

Tramp zərbələri təxirə saldı: Yaxın Şərqdə nə baş verir? Dünya

ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturu, o cümlədən elektrik stansiyalarına zərbələrin endirilməsini təxirə salıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ liderinin qərarına əsasən, beş gün ərzində sözügedən obyektlərə zərbələr endirilməyəcək.

“Məmnuniyyətlə bildirirəm ki, ABŞ və İran son iki gün ərzində Yaxın Şərqdə hərbi fəaliyyətlərimizin tam və hərtərəfli nizamlanması ilə bağlı çox yaxşı və məhsuldar danışıqlar aparıb. Həftə ərzində davam edəcək bu dərin, ətraflı və konstruktiv danışıqların xarakteri və tonuna əsaslanaraq Müdafiə Nazirliyinə tapşırdım ki, mövcud görüş və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı hər hansı hərbi zərbələri beş gün müddətinə təxirə salsın”, – deyə Tramp bildirib.