Prokurorluqdan Trampla bağlı - yeni qərar
Dünya
ABŞ-da Fulton rayon prokuroru Fani Uillis ABŞ-ın keçmiş prezidenti Donald Trampa 2020-ci ildə Corciya ştatında keçiriləcək prezident seçkilərinin nəticələrinə müdaxilə etdiyi iddiası ilə hazırlanan ittiham aktı çərçivəsində məhkəmə qarşısına çıxması və ifadə verməsi üçün avqustun 25-dək vaxt verib.
News24.az "CBS News"-a istinadla xəbər verir ki, Uillis Tramp və komandasına qarşı irəli sürülən 41 ittihamın 98 səhifəsini ehtiva edən ittihamnamə ilə bağlı mətbuata açıqlama verib.
Əksi sübuta yetirilməyənə qədər bütün müttəhimlərin günahsız sayıldığını xatırladan Uillis, Trampdan başqa, onun keçmiş vəkilləri Rudy Giuliani və Con İstman və Ağ Evin keçmiş Baş Qərargah rəisi Mark Meadows da daxil olmaqla daha 18 nəfərin ittiham edildiyini bildirib.
Uillis qeyd edib ki, müttəhimlərə könüllü olaraq avqustun 25-i yerli vaxtla saat 12:00-a qədər ifadə vermək üçün məhkəməyə gəlmək imkanı verir.
Uillis, şantaj ittihamlarının şərti azadlığı əhatə etmədiyini ifadə edərək, Tramp və digər 18 müttəhimin günahı sübuta yetirildiyi təqdirdə həbs cəzasına məhkum edilə biləcəyini qeyd edib.
Aydan