Trampa bağlı kriptovalyutanın dəyəri ucuzlaşdı
Dünya
ABŞ Prezidenti Donald Trampla əlaqələndirilən World Liberty Financial (WLF) kriptovalyuta şirkətinin tokeninin dəyəri iki saat ərzində 50 %-dən çox azalıb.
News24.az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Noyabrın 28-dən 29-na keçən gecə kriptovalyutanın qiyməti 0,037 dollardan 0,016 dollara düşüb.
Kəskin ucuzlaşmadan sonra şirkət kriptovalyuta birjası "Binance"i bazarı manipulyasiya etməkdə ittiham edib. WLF-in iddiasına görə, birja tokenin alışı və satışı üzrə mövqeləri müstəqil şəkildə bağlayıb və bu, onun dəyərinin kəskin azalmasına səbəb olub.