Trampa İranla müharibə üçün qadağa qoyuldu - Razılıq almalıdır

Trampa İranla müharibə üçün qadağa qoyuldu - Razılıq almalıdır Dünya

Ötən gün ABŞ Senatı prezident Donald Trampın müharibə səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini ilk dəfə təsdiqləyib.

News24.az xəbər verir ki, qətnamə İrana qarşı istənilən hərbi əməliyyat üçün Konqresin əvvəlcədən razılığının alınmasını nəzərdə tutur.

Sənədə əsasən, ABŞ administrasiyası Konqresin rəsmi icazəsi olmadan İranla hərbi münaqişəyə başlaya və ya onu genişləndirə bilməyəcək.

Buna baxmayaraq bildirilib ki, qanun layihəsi Nümayəndələr Palatasından da keçsə belə, prezident Tramp ona veto qoya bilər. /Asr Iran/