Trampa nə olub? - Görüntülər yayıldı
Dünya
Ağ Evdə keçirilən mərasim zamanı ABŞ prezidenti Donald Trampın boynunda görünən qırmızı ləkə onun səhhəti ilə bağlı müzakirələrə səbəb olub.
News24.az xəbər verir ki, prezidentin həkimi Sean Barbabella məsələ barədə açıqlama verib. O bildirib ki, qızartı Trampın profilaktik dəri baxımı üçün istifadə etdiyi kremdən qaynaqlanır.
Həkimin sözlərinə görə, prezident boynunun sağ tərəfinə mütəmadi olaraq xüsusi krem çəkir və bu, planlı dəri baxımı müalicəsinin bir hissəsidir. Müalicə bir həftə davam edəcək, qızartının isə bir neçə həftə ərzində tədricən keçəcəyi gözlənilir. Krem və müalicənin detalları barədə əlavə məlumat verilməyib.