Trampa qarşı bütün cinayət işləri bağlandı
Dünya
ABŞ-də Prezident Donald Tramp barəsində açılan bütün cinayət işləri bağlanıb.
News24.az xəbər verir ki, Amerika lideri bir neçə maddə üzrə ittiham olunurdu: sənədlərin saxtalaşdırılması və vəzifəli şəxsi andı pozmağa təhrik etmə cəhdi, gizli materialların düzgün saxlanılmaması, qanunsuz hərəkətlər yolu ilə hakimiyyətdə qalmaq niyyəti, maliyyə maxinasiyaları və digər epizodlar.
Bundan əvvəl “The New York Times” yazmışdı ki, Tramp ABŞ Ədliyyə Nazirliyindən təxminən 230 milyon dollar kompensasiya tələb etməyə hazırlaşır.