Trampdan iddia: "Bitirdiyim hər müharibəyə görə…"

Trampdan iddia: "Bitirdiyim hər müharibəyə görə…" Dünya

Donald Tramp hesab edir ki, hər uğurla həll etdiyi münaqişə üçün Nobel Sülh Mükafatına layiqdir.

News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Ağ Evdə keçirilən Nazirlər Kabinetinin iclasında danışıb.

“İndi deyirlər ki, “əgər o, bir gün Rusiya və Ukrayna ilə müharibəni bitirsə, Nobel Sülh Mükafatını alacaq”. Bəs digər səkkiz müharibə, Hindistan və Pakistan haqqında nə demək olar? Düşünün, mənim bitirdiyim bütün müharibələri xatırlayın. Hər (həll olunmuş) müharibəyə görə Nobel Sülh Mükafatını almalıyam. Amma mən istəmirəm. Mən istəmirəm eqoist olum”, – o deyib.