Trampdan İran hakimiyyətinə xəbərdarlıq - Müdaxilə edəcəyik

Trampdan İran hakimiyyətinə xəbərdarlıq - Müdaxilə edəcəyik Dünya

ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında İran hakimiyyətinə ciddi xəbərdarlıq edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp İran hakimiyyətinin əvvəlki dövrlərdə olduğu kimi etirazçıların öldürülməsinə başlayarsa, ABŞ-nin buna çox sərt cavab verəcəyini deyib.

Tramp etirazçılara atəş açılacağı təqdirdə ABŞ-nin onları qorumaq üçün müdaxilə edəcəyini vurğulayıb.

ABŞ lideri bildirib ki, öncəki prezident Barak Obamadan fərqli olaraq, o, İran etirazçılarını dəstəkləmək istiqamətində siyasətini dəyişib və bu yanaşmanı düzəldib.