Trampdan İrana mesaj: "Kömək etməyə hazırıq!"

Trampdan İrana mesaj: "Kömək etməyə hazırıq!" Dünya

“İran azadlığa can atır, bəlkə də əvvəllər heç vaxt olmadığı qədər”.

News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında paylaşım edib.

Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ bu prosesdə kömək etməyə hazırdır.

Qeyd edək ki, bu bəyanat ölkədə dərin iqtisadi problemlərdən dolayı başlayan və getdikcə siyasi narazılığa çevrilən kütləvi etirazlarla eyni dövrə təsadüf edir. Etirazlar artıq yüzlərlə şəhər və bölgədə genişlənib və insan haqları qrupları təhlükəsizlik qüvvələrinin zorakılığı nəticəsində çoxsaylı itkilər barədə məlumat veriblər.

Tramp eyni zamanda İranın rəhbərliyini sərt tənqid edib və etirazçıların zorakılıqla boğulmasını pisləyib. ABŞ dövlət katibi və digər yüksək səviyyəli rəsmilər də İran xalqına dəstək ifadə ediblər və hakimiyyətin güc tətbiq etməməsi üçün çağırışlar ediblər.

Lakin İran rəhbərliyi Trampın çağırışını xarici müdaxilə cəhdi kimi qiymətləndirərək sərt reaksiya verib və ABŞ-ı ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.