Trampdan İrana sərt mesaj: "Zərbələr yenidən başlaya bilər"
Dünya
“Vaşinqton İrana qarşı zərbələri bərpa etməyə hazırdır”.
News24.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp “Sky News”a verdiyi müsahibəsində deyib.
“Əgər ABŞ-ni qane edən bir razılaşma əldə olunmazsa, Vaşinqton İrana qarşı zərbələri yenidən başlatmağa hazırdır,” — deyə Tramp bildirib.