Trampdan İrana ultimatum: "Əgər tələblər yerinə yetirilməzsə..."

Trampdan İrana ultimatum: "Əgər tələblər yerinə yetirilməzsə..." Dünya

ABŞ prezidenti Donald Tramp İranı ölkədəki etirazları zorla yatırmamağa və nüvə silahı yaratmamağa çağırıb.

News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin birinci müavini Tommi Piqott “Fox News” kanalının efirində bildirib.

“Prezident ilk növbədə, milli maraqlara fokuslanıb və bu maraqlar İran rejiminə çox aydın mesajdan ibarətdir: nüvə silahı olmasın, etirazçıları məhv etməyi dayandırın”, — deyə o vurğulayıb.

Piqott qeyd edib ki, ABŞ milli maraqlar tələb edərsə, istənilən tərəflə dialoqa açıqdır. Onun sözlərinə görə, Tramp İrandan nə istədiyini çox dəqiq şəkildə ifadə edib. Vaşinqtonun fikrincə, bu tələblər yerinə yetirilmədiyi üçün ABŞ Tehranla bağlı maksimum təzyiq siyasətini davam etdirir.