Trampdan İranla bağlı yeni açıqlama: "Böyük pullar qazanılacaq"

Trampdan İranla bağlı yeni açıqlama: "Böyük pullar qazanılacaq" Dünya

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşmalardan sonra Yaxın Şərqdə qızıl dövrün başlaya biləcəyini bəyan edib.

News24.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında yazıb.

"Dünya sülhü üçün böyük gün! İran bunun baş verməsini istəyir. O, artıq bezib! Eynilə, hər kəs də bezib! Amerika Birləşmiş Ştatları Hörmüz boğazındakı gəmiçilik tıxacını aradan qaldırmağa kömək edəcək. Bizi çox sayda müsbət addımlar gözləyir! Böyük pullar qazanılacaq. İran yenidənqurma prosesinə başlaya bilər. Biz hər növ mal tədarükünü artıracağıq və hər şeyin qaydasında getdiyinə əmin olmaq üçün sadəcə yaxınlıqda olacağıq. Bunun belə olacağına əminəm. Hazırda ABŞ-də olduğu kimi, bu, Yaxın Şərqin Qızıl Dövrü ola bilər", - deyə ABŞ lideri vurğulayıb.