Trampdan mühüm qərar: bu üç şəhər siyahıdan çıxarıldı

Trampdan mühüm qərar: bu üç şəhər siyahıdan çıxarıldı Dünya

ABŞ Prezidenti Donald Tramp üç iri şəhərdən – Çikaqo, Los-Anceles və Portlənddən Milli Qvardiya qüvvələrinin çıxarıldığını açıqlayıb.

News24.az xəbər verir ki, Tramp daha əvvəl bu meqapolislərə ordu bölmələri və ya federal tabeliyə keçirilmiş Milli Qvardiya qüvvələri göndərib. O, bu addımı cinayətkarlığın artması və qeyri-qanuni miqrasiya ilə əsaslandırıb.

“New York Times” yazır ki, buna baxmayaraq, federal qüvvələr Vaşinqton, Nyu-Orlean və Memfisdə qalacaq. Tramp isə bu şəhərlər barədə açıqlamasında heç bir qeyd etməyib.

Ağ Ev rəhbəri bildirib ki, əgər cinayətkarlıq yenidən artarsa, federal qüvvələr həmin şəhərlərə geri qayıdacaq.