Trampdan sensasion iddia: "Uran yararsızdır"

Trampdan sensasion iddia: "Uran yararsızdır" Dünya

İranın zənginləşdirilmiş uran ehtiyatları artıq böyük dəyər daşımır və ehtimal ki, istifadə üçün yararsızdır.

News24.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

“Zənginləşdirilmiş uran dəyər baxımından o qədər də maraqlı deyil, ehtimal ki, istifadə oluna bilməz, bəlkə də onun olduğu yerə çata bilmirlər”, - deyə o “Salem News Channel”a müsahibəsində bildirib.

Bununla yanaşı, Tramp ABŞ-nin nüvə yanacağı ehtiyatlarını yenə də əldə etmək istədiyini deyib.

O, həmçinin bildirib ki, Tehranın raket proqramına məhdudiyyətlər tətbiq etməsi lazım olacaq.