Trampdan sərt xəbərdarlıq: İrandan təhlükə olarsa, ABŞ amansız cavab verəcək
Dünya
İran Amerika prezidenti Donald Trampa qarşı hər hansı sui-qəsd və ya real təhlükə yaratmağa cəhd edərsə, ABŞ-nin cavabı son dərəcə sərt olacaq.
News24.az xəbər verir ki, bunu Donald Tramp “News Nation” telekanalının “Katie Pavlich Tonight” proqramına müsahibəsində deyib.
Onun sözlərinə görə, belə bir halda İranın bütün ölkə olaraq hədəf alınması üçün artıq çox güclü əmrlər verilib.
“Əgər ən kiçik bir hadisə belə baş verərsə, onların ölkəsi partlayacaq. Heç vaxt indiki qədər sərt reaksiya verilməyib. Mən bunun üçün artıq çox güclü göstərişlər vermişəm”, – deyə Tramp bildirib.
ABŞ prezidenti çıxışında keçmiş prezident Co Baydeni də tənqid edib. Trampın sözlərinə görə, Bayden administrasiyası İranın təhdidlərinə qarşı kifayət qədər qətiyyət nümayiş etdirməyib.