Trampı sülhə çağırdı

Trampı sülhə çağırdı Dünya

Venesuela prezidenti Nikolas Maduro ABŞ xalqını və lideri Donald Trampı sonsuz müharibələri dayandırmağa və sülhə çağırıb.

News24.az xəbər verir ki, bu barədə Maduro CNN telekanalına verdiyi açıqlamasında bildirib.

“Sülh naminə birləşmək lazımdır. Sonsuz müharibələrə son. Ədalətsiz müharibələrə son.

Liviyaya son. Əfqanıstana son”, — deyə o bildirib.

ABŞ prezidenti Donald Tramp üçün hansısa mesajının olub-olmadığı barədə suala Maduro ingiliscə cavab verib: “Bəli, sülh, bəli, sülh”.

CNN-in məlumatına görə, o, ABŞ tərəfindən mümkün aqressiya ilə bağlı sualın cavabını birbaşa verməyib. Bunun əvəzinə o, ölkəsinə sülh yolu ilə rəhbərlik etməyə kökləndiyini bildirib.