Trampın koronavirus testinin cavabı açıqlandı

Trampın koronavirus testinin cavabı açıqlandı Dünya

ABŞ prezidenti Donald Tramp koronavirus testindən keçib. 


News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin baş həkimi Şon Konley məlumat verib. O bildirib ki, prezidentin test nəticələri neqativ olub. 


Qeyd edək ki, Donald Trampın koronavirusa yoluxduğu bəlli olan braziliyalı həmkarı ilə görüşündən sonra onun testdən keçib-keçməyəcəyi maraq doğurmuşdu.