Trampın kürəkəni Putinlə görüşəcək
Dünya
ABŞ prezidenti Donald Tramp Rusiya ilə münasibətləri davam etdirməyə çalışır.
News24.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, Trampın kürəkəni Cared Kuşner və Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkov Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya getməyi planlaşdırır.
Hesabatda görüşün bu ay baş tuta biləcəyi qeyd edilir, lakin planların hələ dəqiqləşmədiyi və İrandakı etirazlar səbəbindən tarixinin təxirə salına biləcəyi vurğulanır.