Trampın qızıldan heykəli qoyuldu - Foto

Trampın qızıldan heykəli qoyuldu - Foto Dünya

ABŞ Prezidenti Donald Trampın qızılı örtüklü nəhəng heykəli hazırlanıb. Heykəl dövlət başçısına məxsus "Trump National Doral" qolf kurortunda ucaldılıb.

News24.az xəbər verir ki, əsərin müəllifi heykəltəraş Alan Kottrilldir. Bürüncdən hazırlanan və üzəri qızılı təbəqə ilə örtülən heykəl Trampın 2024-cü ildə uğradığı sui-qəsd cəhdindən dərhal sonrakı simvolik anını əks etdirir.

Məlumata görə, abidənin hündürlüyü postamentlə birlikdə 6,7 metr, heykəlin özü isə 4,5 metr təşkil edir.

Trampın qızıldan heykəli qoyuldu - Foto