Trampın səhhətində problem yarandı

Trampın səhhətində problem yarandı Dünya

ABŞ prezidenti Donald Tramp son günlər səhhəti ilə bağlı yayılan görüntülərə görə yenidən diqqət mərkəzinə düşüb.

News24.az xəbər verir ki, onun ayağında nəzərəçarpacaq şişkinlik olduğu iddia edilən fotolar sosial mediada geniş müzakirələrə səbəb olub.

Şəkillərdə ABŞ prezidentinin topuq və aşağı baldır nahiyəsində şişkinliyin diqqət çəkdiyi bildirilir. Sosial şəbəkə istifadəçiləri bu görüntülərdən sonra Trampın sağlamlıq vəziyyəti ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Məsələ ilə bağlı Ağ Ev açıqlama verərək bildirib ki, Tramp damar xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik ayaqlardakı damarların qanı ürəyə kifayət qədər daşıya bilməməsi nəticəsində yaranır və adətən aşağı ətraflarda və topuqlarda şişkinliklə müşahidə olunur.//haberler