Sülh planından bu maddə çıxarıldı
Dünya
Trampın sülh planından ABŞ-nin Rusiya aktivlərinin dondurulmuş gəlirlərini almaq təklifi çıxarılıb.
News24.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Yeni versiyada sülh planında 100 milyard ABŞ dolları həcmində dondurulmuş Rusiya aktivlərinin Ukraynanın bərpa proqramlarına ayrılması nəzərdə tutulsa da, ABŞ-nin bu əməliyyatdan 50 faiz gəlir əldə etməsi barədə müddəa yer almır.