Trampın təyyarəsində nasazlıq yarandı

Trampın təyyarəsində nasazlıq yarandı Dünya

ABŞ prezidenti Donald Trampın “Air Force One” təyyarəsi göyərtədə nasazlıq aşkar edildikdən sonra Vaşinqton yaxınlığındakı Endryus aviabazasına eniş edib.

News24.az xəbər verir ki, bu barədə “The New York Times” Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarədə elektrik naqilləri ilə bağlı kiçik problem qeydə alınıb.

Təyyarə dövlət başçısı ilə birlikdə 20 yanvar axşam saatlarında aviabazaya qayıdıb.

Ağ Evin mətbuat katibi Karolina Levitt bildirib ki, Tramp bazada başqa bir təyyarəyə minərək İsveçrəyə uçuşunu davam etdirəcək və Davosda “Dünya İqtisadi Forumu”nda çıxış edəcək.

Levitt əlavə edib ki, ekipaj qalxışdan qısa müddət sonra problemi aşkar edib və təyyarə ehtiyat tədbiri olaraq geri qaytarılıb. Təyyarənin salonundakı bəzi lampalar işləməyib.