Trampın xüsusi nümayəndələri Rustem Umerovla görüşəcəklər
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşner dekabrın 4-də Florida ştatının Mayami şəhərində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla görüşəcək.
News24.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Görüşün gündəliyi hələ açıqlanmayıb.
Qeyd edək ki, Vitkoff və Kuşner dekabrın 2-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ukrayna məsələsini müzakirə ediblər.