Trampın bu fotosu görənləri ŞOK ETDİ
Dünya
ABŞ Prezidenti Donald Trampın boynunda qeyri-adi ləkə müşahidə edilib.
News24.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan foto qısa zamanda müzakirələrə səbəb olub.
Xatırladaq ki, 2023–2024-cü illərdə də mediada və sosial platformalarda Trampın qolunun ön hissəsində görünən tünd ləkə diqqət çəkib. Böyük nəşrlər bunu travma kimi deyil, yaşla bağlı damar dəyişikliklərinin mümkün təzahürü kimi müzakirə ediblər.
Mediada yer alan həkim rəylərinə əsasən, bunun venoz çatışmazlıq və ya qan durğunluğu ilə əlaqəli ola biləcəyi ehtimal olunurdu. Qeyd edilirdi ki, bu cür hallar daha çox yaşlı insanlarda rast gəlinir.
Bununla belə, Trampın həkimləri tərəfindən rəsmi diaqnoz və ya hər hansı tibbi təsdiq açıqlanmayıb. (CNN)