Trampın Davosdakı çıxışı diqqət çəkdi – "Bir parça buz" istədi

Trampın Davosdakı çıxışı diqqət çəkdi – "Bir parça buz" istədi Dünya

“Mən sadəcə bir parça buz istəyirəm”.

News24.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda Qrenlandiya barədə danışarkən deyib.

“Mən cəmi bir parça buz istəyirəm – soyuq və əlverişsiz yerləşən, amma dünya miqyasında sülh və təhlükəsizliyin təmin olunmasında həyati rol oynaya biləcək bir parça.

Bu, onlara uzun illər, onilliklər boyu verdiklərimizlə müqayisədə çox təvazökar bir xahişdir”, – ABŞ Prezidenti bildirib.