Trampın “doğuş turizmi” qadağasına məhkəmədən zərbə
Dünya
ABŞ-nin Merilend ştatında federal dairə məhkəməsi Prezident Donald Trampın ölkədə “doğuş turizmi” adlandırılan praktikanın qarşısını almağa yönəlmiş sərəncamının icrasını müvəqqəti dayandırıb.
News24.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, ABŞ administrasiyası sərəncamın bir sıra əsas müddəalarının icrası ilə bağlı hələlik tədbir görə bilməz.
Tramp bu sənədi avqustun əvvəlində imzalayıb. Sərəncam ABŞ-yə xüsusi olaraq uşağının burada doğulması və nəticədə ABŞ vətəndaşlığı əldə etməsi məqsədilə gələn əcnəbilərin qarşısını almağı nəzərdə tutur.