Trampın İrana qarşı növbəti addımı nə olacaq? – iddialar var
Dünya
ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi addımları ilə bağlı yeni iddialar səsləndirilib.
News24.az xəbər verir ki, “Axios” nəşrinin yüksək vəzifəli amerikalı məmura istinadən yaydığı məlumata görə, yaxın vaxtlarda aparılan danışıqlar nəticəsində konkret razılaşma əldə olunmazsa, Vaşinqton genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər.
“Ya yaxın zamanda razılaşmanın real konturlarını görəcəyik, ya da o, bu prosesi tamamilə dağıdacaq”, - deyə rəsmi şəxs bildirib.
Məlumatda qeyd olunur ki, Tramp administrasiyası diplomatik kanalları açıq saxlayaraq İrana təzyiq siyasətini davam etdirmək niyyətindədir.
Rəsmi mənbələrə görə, ABŞ-nin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkof İranın xarici işlər naziri Abbas Əraqçi ilə təklif mübadiləsini davam etdirirlər.