Trampın xəbərdarlıqları hərbi plana çevrilə bilərmi? – "WSJ" yazır
Dünya
ABŞ Prezidenti Donald Trampın administrasiyasında İrana qarşı mümkün hərbi zərbə variantları ilkin mərhələdə müzakirə olunub.
News24.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, bu müzakirələr Trampın əvvəlcədən verdiyi xəbərdarlıqların icrası ehtimalı ilə əlaqədardır.
Mənbələrin bildirdiyinə görə, müzakirələr çərçivəsində İranın bəzi hərbi obyektlərinə genişmiqyaslı hava zərbəsi endirmək variantı nəzərdən keçirilib. Lakin hələlik vahid qərar qəbul edilməyib və ABŞ qoşunlarının və ya hərbi texnikasının bölgəyə göndərilməsi ilə bağlı heç bir rəsmi hərəkət yoxdur.
Xatırladaq ki, Tramp daha əvvəl İranın etirazçıları sərt şəkildə yatırması halında ABŞ-nin çox güclü hərbi reaksiyası ilə bağlı xəbərdarlıq edib.