Üçtərəfli görüş harada olacaq? – Zelenski tarix açıqladı

Üçtərəfli görüş harada olacaq? – Zelenski tarix açıqladı Dünya

“Rusiya Prezidenti Vladimir Putin müharibəni davam etdirmək niyyətindədir və Moskva sülhə hazır deyil”.

News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciəti zamanı deyib.

Bununla yanaşı, Ukrayna lideri Ukrayna-ABŞ-Rusiya formatında növbəti üçtərəfli görüşün Birləşmiş Ərəb Əmirliklərində martın əvvəlində keçirilə biləcəyini açıqlayıb.

“Sürətləndirilmiş qaydada real təhlükəsizlik təminatları ilə bağlı əldə olunan razılaşmalar yekunlaşdırılmalı və liderlər səviyyəsində görüşə hazırlıq görülməlidir. Məhz belə format bir çox məsələləri həll edə bilər”, – deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, planlaşdırılan görüş liderlər səviyyəsində mümkün danışıqlara hazırlıq mərhələsi olacaq və əsas qərarların qəbuluna zəmin yarada bilər.