Türkiyədə ağır yol qəzası – 2 ÖLÜ,12 YARALI

Türkiyədə ağır yol qəzası – 2 ÖLÜ,12 YARALI Dünya

Türkiyənin paytaxtı Ankarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, maşın ilə toqquşan avtobus idarəetmədən çıxaraq aşıb.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.