Türk dünyasının mədəniyyət paytaxtı elan edildi

Türk dünyasının mədəniyyət paytaxtı elan edildi Dünya

Özbəkistanın Əndican şəhərində keçirilən Beynəlxalq TÜRKSOY Təşkilatının Daimi Şurasının 43-cü iclasında 2028-ci ilin Türk dünyasında Çingiz Aytmatov ili, Talas şəhərinin isə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi qərara alınıb.

News24.az xəbər verir ki, bu barədə TÜRKSOY-un baş katibi Sultan Raev sosial şəbəkə hesabında paylaşım edib.

Qərar Qırğızıstan üçün xüsusi əhəmiyyət daşıyır, belə ki, 2028-ci ildə görkəmli yazıçı Çingiz Aytmatovun 100 illik yubileyi qeyd olunacaq. Dünyanın bir çox dilinə tərcümə edilən əsərləri ilə tanınan ədib qırğız xalqının mənəvi dünyasını və milli dəyərlərini beynəlxalq müstəvidə tanıdıb.