Türkiyədə koronavirusdan ölənlərin sayında - CİDDİ ARTIM

Türkiyədə koronavirusdan ölənlərin sayında - CİDDİ ARTIM Dünya
Türkiyədə son 24 saatda 107 nəfər koronavirusdan ölüb.

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, bu haqda ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. O bildirib ki, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 1403-ə çatıb.

Qeyd edək ki, Türkiyədə bu günə qədər 443 min 626 koronavirus testi edilib. Yoluxmaların sayı 65 min 111, xəstəlikdən sağalanların sayı isə 4799 nəfərdir.