Türkiyə bayrağını cıran yunan millət vəkili cəzalandırıldı

Türkiyə bayrağını cıran yunan millət vəkili cəzalandırıldı Dünya
Avropa Parlamenti Türkiyə bayrağını cıran yunan millət vəkili İoannis Laqosu cəzalandırıb.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, millət vəkili cərimələnib və 4 gün müddətinə parlamentin fəaliyyətinə qatılmamaq cəzası alıb.
Xatırladaq ki, Laqos Yunan adalarındakı miqrantların vəziyyətindən danışarkən “Yunanıstan vətəndaşlarının 70%-i qanunsuz miqrasiyaya qarşıdır.

Ölkə xalqı miqrantların hücumuna məruz qalır. Bir tərəfdə Türkiyə var. Ölkəmizə axın-axın miqrantlar gəlir. Buna son verməliyik deyərək” kağızdan hazırlanmış bayrağı cırmışdı.

Bu isə Türkiyə ictimaiyyətinin böyük narazılığına səbəb olmuşdu.