Türkiyə hava məkanına naməlum PUA girdi, F-16-lara "həyəcan reaksiyası" tapşırığı verildi

Türkiyə hava məkanına naməlum PUA girdi, F-16-lara "həyəcan reaksiyası" tapşırığı verildi Dünya

Qara dənizdə Türkiyəyə məxsus hava məkanına daxil olan naməlum pilotsuz uçuş aparatı (PUA) vurulub.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hava məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə NATO və milli nəzarətdə olan F-16 qırıcılarına “həyəcan reaksiyası” tapşırığının verildiyi qeyd olunub.

“Müəyyən edilən PUA hər hansı mənfi halın qarşısını almaq məqsədilə, yaşayış məntəqələrindən kənarda yerləşən təhlükəsiz ərazidə vurularaq məhv edilib”, – açıqlamada deyilir.