Türkiyə həbsxanasında dəhşətli hadisə: Məhkum 9 batareya və 3 ülgüc uddu

Türkiyə həbsxanasında dəhşətli hadisə: Məhkum 9 batareya və 3 ülgüc uddu Dünya

Türkiyənin Ağrı vilayətində yerləşən cəzaçəkmə müəssisəsində saxlanılan 28 yaşlı məhkumla bağlı qeyri-adi tibbi hadisə qeydə alınıb.

News24.az xəbər verir ki, məhkum səhhətində yaranan problemlə əlaqədar təcili tibbi yardıma müraciət edib. Aparılan müayinə və rentgen yoxlaması zamanı onun mədəsində bir neçə yad cismin olduğu müəyyən edilib. Bundan sonra o, Ağrı Təlim və Araşdırma Xəstəxanasına yerləşdirilib.

Həyata keçirilən endoskopik müdaxilə nəticəsində məhkumun mədəsindən 9 batareya uğurla çıxarılıb. Plastik torbaya bükülərək udulduğu bildirilən 3 ülgüc bıçağının isə təbii yolla orqanizmdən xaric olması gözlənilir.