Türkiyə ilə Suriya arasında gözlənilən saziş imzalandı
Dünya
Suriyada yeni müvəqqəti hökumət Türkiyədən idxal olunan məhsulların vergilərini 300% artıraraq 500%-ə çatdırıb. Qərar ixracı dayandırıb və ticarətdə böyük çətinliklərə səbəb olub. Türkiyədən Suriyaya ixrac edən şirkətlər problemin həlli üçün hökumət səviyyəsində daha aktiv müdaxilə gözləyirdilər.
News24.az xəbər verir ki, Türkiyə ilə Suriya arasında məsələ ilə bağlı iki həftədir davam edən danışıqlar müsbət nəticə verib. Ticarət naziri Ömər Bolat iki ölkə arasında ticarət əlaqələrini daha da gücləndirəcək və ixrac həcmini artıracaq müqavilənin detallarını açıqlayıb.
Ömər Bolat Türkiyə ilə Suriya arasında Azad Ticarət Sazişinin yenidən aktuallaşdığını açıqlayıb. O, Suriyanın bəzi məhsulların gömrük rüsumlarına yenidən baxıldığını və bu məsələ ilə bağlı razılığa gəlindiyini bildirib.
2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra qurulan müvəqqəti hökumət Türkiyədən idxala dərindən təsir edəcək bir qərar verib. Yeni administrasiya Türkiyə sərhədindən keçən idxal mallarına gömrük rüsumlarını 300 faiz artıraraq 500 faizə qaldırıb. Bu qərar iki ölkə arasında ticarəti dayandırıb, həm ixracatçılar, həm də Suriyalı idxalçılar bir çox sektorda böyük çətinliklərlə üzləşib.
Aynurə