Türkiyə narahatdır: Ərdoğan bu şəhərlərə hücumla bağlı xəbərdarlıq etdi
Dünya
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İranla müharibə fonunda Ərbil və İraqın digər bölgələrinə edilən hücumlardan narahatlığını bildirib.
News24.az xəbər verir ki, prezident deyib ki, Ankara münaqişənin region ölkələrinə yayılmasını istəmir.
Türkiyə prezident administrasiyasının yaydığı məlumata görə, Ərdoğan bu fikirləri İstanbulda İraq Kürdüstan Regional Hökumətinin baş naziri Bərzani ilə görüşü zamanı səsləndirib.
Qeyd olunub ki, ABŞ və İsrailin İranla müharibəsi başlayandan sonra Ərbil şəhəri və iranlı kürd müxalif qrupların bazaları dəfələrlə raket və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.
Ərdoğan Türkiyənin İraq Kürdüstanı regional hökuməti ilə həmrəyliyini davam etdirəcəyini vurğulayıb. Görüşdə həmçinin İraqdakı vəziyyət, regional sabitlik, ticarət, nəqliyyat və enerji əməkdaşlığı məsələləri müzakirə olunub. (Globalinfo.az)