Türkiyə Prezidenti sabah Azərbaycana gəlir
Dünya
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Bakıya səfər edəcək.
News24.az "TRT Haber”-ə istinadən xəbər verir ki, o, Azərbaycanın paytaxtında keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammitində iştirak edəcək.
Sammit çərçivəsində Ərdoğanın ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. O, oktyabrın 15-də Türkiyəyə dönəcək.