Türkiyə sahillərində onlarla qanunsuz miqrant xilas edilib

Türkiyə sahillərində onlarla qanunsuz miqrant xilas edilib Dünya


Türkiyənin Çanaqqala vilayərinin Ayvacık rayonunun sahillərində onlarla qanunsuz miqrant xilas edilib.

News24.az bildirir ki, bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Yunanıstanın Sahil Mühafizəsi Xidmətinin əməkdaşları miqrantları bu ölkənin ərazi sularına yaxın buraxmayıblar.

Türkiyənin Şimali Egey Sahil Mühafizəzi Xidməti Komandanlığının xilasetmə qrupları Ayvacık rayonunun sahillərində qanunsuz miqrantların olması barədə məlumat aldıqdan sonra xilasetmə əməliyyatına başlayıblar. Əməliyyat zamanı aralarında 11-i uşaq olmaqla 26 qanunsuz miqrant xilas edilib.

Onlar Ayvacık rayonunda Əcnəbilərin Repatriasiya Mərkəzinə aparılıb.