Türkiyə sərhəddində - BÖHRAN

Türkiyə sərhəddində - BÖHRAN Dünya

Gürcüstan və Şərqi Qara dəniz bölgəsində son bir həftədir təsirli olan qar yağışı səbəbindən Gürcüstanın Türkiyədən gələn yük maşınlarının ölkəyə girişinə icazə verməməsi Sarp Sərhəd Qapısı və Qara Dəniz Sahil Yolunda hərəkətə mənfi təsir göstərib.

News24.az xəbər verir ki, ixrac yüklərini çatdıracaqları ölkələrə aparmaq üçün Türkiyənin müxtəlif bölgələrindən Sarp Sərhəd Qapısına gələn yük maşınları 4 gündür keçid mümkün olmadığı üçün Sarp Sərhəd Qapısından başlayaraq Qara dəniz Sahil yolunun Kemalpaşa, Hopa və Arhavi rayon marşrutunun müəyyən hissələrində gözləməyə davam edir.

Səlahiyyətlilər bildiriblər ki, bu günə kimi 1970 yük maşını Gürcüstana getmək üçün gözləyir.

Artvin valisi Turan Ergün bildirib ki, bu problem Gürcüstanda yağan qar səbəbindən yaranıb.

Batumi şəhərinə yağan qardan sonra Türkiyədən gedən TIR-ların keçməsinə icazə verilmədiyinə diqqət çəkən Ergün bunları deyib:

"Gürcüstan hakimiyyəti yaxın saatlarda keçidlərə mərhələli şəkildə icazə verəcək. Həmin problem müəyyən qrafik çərçivəsində həll olunacaq. Birinci mərhələdə tez xarab olan materialları daşıyan 100 yük maşınının keçməsinə icazə veriləcək. Biz Batumidəki baş konsulumuzla məsləhətləşirik".

Günel Məlikzadə

Türkiyə sərhəddində - BÖHRAN