Türkiyə təyyarəsi məcburi eniş etdi

Türkiyə təyyarəsi məcburi eniş etdi Dünya

İstanbul–Aktobe marşrutu üzrə uçan "Pegasus"un PC240 reysi gözlənilmədən Qazaxıstanın Aktau şəhəri yaxınlığında, Aktobedən 1500 kilometr aralıda məcburi eniş edib.

News24.az xəbər verir ki, sərnişinlərə uçuşun başa çatdığı bildirilib və təyyarəni tərk etmələri xahiş olunub. Lakin sərnişinlər enişin hava limanı əvəzinə çöldə edilməsinə etiraz edib və ekipaj üzvləri ilə mübahisə yaranıb. "Pegasus" enişin “təcili” olduğunu desə də, səbəb barədə açıqlama verməyib.

Uçuş ümumilikdə 20 saat gecikib. Rusiya mənbələrinə görə, reys əvvəlcə 8 saat gecikmə ilə başlayıb, havada isə 3 saatlıq uçuş 6 saata qədər uzanıb. Təyyarənin niyə Aktauya yönləndirildiyi və niyə aeroport əvəzinə çöldə endiyi barədə məlumat verilməyib.

Aeroport rəhbərliyi bildirib ki, "Pegasus" təyyarədə qalan 16 sərnişini mehmanxana ilə təmin edib və onların növbəti Aktobe reysinə qədər yerləşdirilməsini təşkil edib.